Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir
04 iyul 2024 | 09:15
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 4 İyul 2024-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində ƏƏSMN Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir.
Əmək Yarmarkasında West Produkt Marketinq MMC tərəfindən 60-dan çox vakansiya təqdim olunmuş, 100 nəfərdən artıq rayon sakini yarmarkada iştirak edərək vakansiyalarla tanış olmuşdur. Onlardan 30 nəfərin müxtəlif işlərlə təmin olunması üçün sənədləri qəbul edilmişdir.