Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə Yox Deyək” adlı tədbir keçirildi

31 oktyabr 2023 | 16:06

   Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 31.10.2023-cü il tarixdə saat 11:00-da Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa  və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Komissiyası” tərəfindən Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının daimi Fəaliyyət göstərən İşçi qrupu ilə birgə “Narkotiklərə Yox Deyək” adlı tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Komissiyası”nın sədri Emil Abbasov, Qaradağ Rayon Prokurorunun müavini Pərviz Nərimanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının daimi Fəaliyyət göstərən İşçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəis müavini polis polkovnik-leytenantı Anar Tahirov, Qaradağ RPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polkovnik Yaşar İsayev, Azərbaycan Respublikası Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin əməkdaşı Rahim Rəhimov, Bakı şəhər Narkoloji Mərkəzin (həkim) narkoloqu Aytən Nadirli, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Elgün Kazımov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva iştirak etmişdir.
   Tədbir zamanı yeniyetmə və gənclərə narkotik vasitələrin zərərli təsirləri ətraflı izah olunmuşdur. Sonda tədbir iştirakçılarına “Özünü narkomanlıqdan qoru” adlı maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər