Narkomanlığa qarşı mübarizəyə səndə qoşul
25 may 2023-cü il tarixdə Qaradağ rayonu, Korgöz qəsəbəsi, Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.12-ci bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi) icrası ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Polis Mayoru Ramil Hacıyev, Əli Əmirov adına Mədəniyyət Sarayının bədii rəhbəri Təhminə İbadova, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Elman Heydərov adına 197 nömrəli tam orta məktəbin direktoru Elmira Namazova və məktəbin şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov tədbirin keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlıq və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. O, zərəli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza zidd bir həyat tərzi olması barədə komissiya tərəfindən görülən işlərdən və aparılan maarifləndirmə tədbirlərindən danışdı.
Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi R.İsmayılov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülən işlərdən danışdı. O, bildirdi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. O, bildirdi ki, Narkomaniya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir.
Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Polis Mayoru Ramil Hacıyev narkomanlığın Azərbaycan gəncliyinə vurduğu ziyandan və narkotiklərə qarşı mübarizədən, narkotiklə mübarizə çərçivəsində ictimai qınağın və antinarkotik təbliğinin sosial yönümlü aparılmasının vacibliyindən, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində həyata keçirilən bu tədbirin əhəmiyyətini qeyd etdi.
Məktəbin direktoru, E.Namazova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı. O həmçinin məktəblilər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsində zərurət olduğunu bildirdi və gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açdı.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavablar verildi.