Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək”

10 iyun 2024 | 10:16

   10.03.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Faiq Rəfiyev adına 166 № li məktəb-liseydə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.
   Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Rayon Polis İdarəsinin əməkdaşı polis-kapitan Faiq Mayılov, məktəbin direktoru Zeynəb Vəliyeva, məktəb müəllimləri və şagirdlər iştirak etdi.
   Çıxış edənlər yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdılar. Maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meyilliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığı vurğulanaraq müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyi qeyd edildi.
   Daha sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirildi.
   Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə iştirakçılara metodiki tövsiyələr təqdim edildi.

 

 

 

Keçidlər