Müşviqabad qəsəbəsində qanunsuz tikili sökülmüş və qanunvericiliyin tələbləri vətəndaşa izah olunmuşdur
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır.
Aparılmış növbəti monitorinq zamanı rayonun Müşviqabad qəsəbələrində vətəndaş Məmmədli İxtiyar Qürbət oğlu tərəfindən 200 kv.m torpaq sahəsinin zəbt olunaraq ərazidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülmüş və qanunvericiliyin tələbləri vətəndaşa izah olunmuşdur.
Qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.