Şriftin ölçüsü :

Saytın rəngi :

Müşviqabad qəsəbəsində növbəti səyyar görüş keçirildi

02 may 2025 | 14:21

2 may  2025-ci il tarixində  Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
  Qəbulda Müşviqabad qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak etmişdir. 
  Görüş zamanı iştirak edən 12 nəfər qəsəbə sakininin qaldırdığı məsələlər dinlənilmiş, onların həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bir sıra müraciətlər yerindəcə həll edilmişdir. Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərlə də fərdi şəkildə söhbət aparılmış, onların qaldırdığı problemlərin qanunvericiliyə uyğun şəkildə həll olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılmış və müvafiq mexanizmlər izah edilmişdir.
  Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti  tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

Keçidlər