Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı tədbir keçirildi

10 iyul 2025 | 17:37

10 iyul 2025-ci il tarixində Qaradağ Rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 14 iyul 1969-cu ilin tarixi əhəmiyyətinə həsr olunmuş “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirildi.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şixəliyeva, Qaradağ Rayon Heydər Əliyev Mərkəzin direktoru Çərkəz Əliyeva, Qərbi Azərbaycan İcmasının Qaradağ rayon üzrə nümayəndəsi İbad Mehdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov, N saylı Dövlət Sərhəd Xidmətinin zabitləri və rayonun müxtəlif müəssisələrinin nümayəndələri iştirak edirdi. 

Tədbir iştirakçıları  ilk öncə Mərkəzin foyesində təşkil olunmuş dahi şəxsiyyət ,siyasi lider - Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu  foto və kitab sərgiyə baxış keçirdilər.

Natiqlər qeyd etdi ki, 14 iyul 1969-cu il tarixi — Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi gün müstəqil və qüdrətli dövlətimizin təməlini qoymuşdur. Həmin tarixdən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçiliyində əsaslı islahatlar aparılmış, sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində mühüm uğurlar əldə olunmuşdur. Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin gələcək inkişafının strateji əsasları müəyyənləşdirilmiş, yeni yüksəliş mərhələsinin təməli qoyulmuşdur.

Bu gün sabit və güclü bir Azərbaycanda yaşayırıqsa, bu, məhz Heydər Əliyevin uzaqgörən siyasəti, xalqa olan sədaqəti və dövlətçiliyə xidmət fəlsəfəsinin nəticəsidir. 1969-cu il 14 iyul tarixi millətimizin oyanış, dirçəliş və gələcəyə inamla baxdığı bir dönəmin başlanğıcı olmuşdur. Bu yol bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Məhz onun rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyini möhkəmləndirmiş, beynəlxalq arenada öz sözünü deyən güclü və qalib dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edən, sabit və müasir dövlət nümunəsi kimi tanınır.

 

Keçidlər