“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair komissiyası”nın tədbiri keçirilmişdir
08.12.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair komissiyası”nın tədbiri keçirilmişdir.
Tədbirdə komissiyanın sədri, Qaradağ Rayon prokurorunun müavini Pərviz Nərimanov və komissiyanın üzvləri: Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ Rayon İdarəsinin rəis müavini İlqar Hacıyev, Qaradağ Rayon Polis İdarəsinin rəis müavini Məmməd Məmmədov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Qaradağ Rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elçin Abbasov, komissiyanın katibi Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsinin rəisi Söhbət Namazov iştirak etdilər.
Tədbirdə məhkəmə hökmlərinə əsasən təqsirləndirilmiş şəxslərdən götürülmüş maddi sübut olan narkotik vasitələr: marixuana, heroin, həşiş qətranı, metamfetamin, tiryək yandırma üsulu ilə məhv edilmiş, məhv edilmiş kütlənin külü kanalizasiyaya axıdılmışdır.
Tədbirin sonunda müvafiq akt tərtib olunmuşdur.