Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurbanı Bayramı Qaradağ rayonunda geniş qeyd olunmuşdur

09 iyul 2022 | 12:25

09 iyul 2022-ci ildə İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.
   Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylandı.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Qaradağ sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulandı və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edildi.
   Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 5000 nəfərdən artıq aztəminatlı ailələrə qurban payı verilmişdir.
   Bundan əlavə rayon ərazisində yerləşən uşaq hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibəti ilə görüşlər keçirilib. Tədbir zamanı əsgərlər üçün Müqəddəs Qurban Bayramı münasibəti ilə göndərilmiş qurbanlıq qoyunlar kəsilib.
   Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildiriblər.

Keçidlər