Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Pasxa bayramı münasibəti ilə rayon icra hakimiyyətinin bayram sovqatı paylandı

19 aprel 2023 | 15:52

   19 aprel 2023-cü il tarixində Qaradağ rayonu  ərazisində yaşayan slavyanəsilli aztəminatlı sakinlərə Müqəddəs Pasxa bayramı münasibəti ilə rayon icra hakimiyyətinin bayram sovqatı paylandı.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etdilər.

   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova sakinləri Müqəddəs Pasxa Bayramı münasibətilə təbrik etdi, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırdı. Tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliği və təşviq edilməsi fəaliyyətimizin başlıca istiqamətlərindən biri olduğu qeyd edildi.

   Rayon ərazisində həm Rus İcması, həm də Ukrayna Konqresinin təşkilatı mövcuddur. Onlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bayram sovqatları hər iki təşkilatın üzvlərinə paylanıldı.

   Sakinlər onlara göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq etdilər.

Keçidlər