"Müasir Azərbaycan Şəhərsalması: Heydər Əliyev strategiyasından dayanıqlı gələcəyə" adlı dəyirmi masa keçirildi.
21 aprel 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Şəhərsalma və Memarlıq İli" ilə bağlı "Müasir Azərbaycan Şəhərsalması: Heydər Əliyev strategiyasından dayanıqlı gələcəyə" adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Mərkəzin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Şamama Ağamuradova, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, AzMİU-nun Memarlıq Layihələmdirilməsi və Şəhərsalma kafedrasının müəllimi Əli Əliyev, AzMİU-nun nəzdində İnşaat Kollecinin dizayn kafedrasının sədri Aida Hüseynova, həmin kafedranın müəllimi Aynur Əhmədova, Qərbi Azərbaycan İcmasının Qaradağ rayon icmasının üzvləri, Tikinti Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, rayon müəssisələrinin əməkdaşları iştirak edirdilər.
Qonaqlar ilk öncə Mərkəzin foyesində şagirdlərin əl işlərindən ibarət "Heydər Əliyev və müasir Azərbaycanda şəhərsalma modeli " adlı sərgiyə baxış keçirdilər.
Dəyirmi masada "Heydər Əliyev və Azərbaycan memarlığı" adlı videoçarx nümayiş olundu.
Çıxışçılar qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi şəhərsalma strategiyası bu gün Azərbaycanda müasir, estetik və dayanıqlı yaşayış mühitinin formalaşmasına mühüm töhfə verir. Vurğulandı ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri həmin strategiyanın uğurlu davamıdır.






