Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilmişdir.

17 yanvar 2023 | 18:24

   Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası ilə bağlı 17 yanvar 2023-cü il tarixdə Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət Sarayının inzibati binasında “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

   Tədbir iştirakçılarına ölkəmizdə məişət zorakılığı, o cümlədən  qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verilmişdir. Baş verən məişət zorakılığı hadisələrinə, qadına qarşı şiddətə qarşı diqqətin artırılması vacib hesab olunmuşdur. Bu məqsədlə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsi olduğu qeyd olunmuşdur.

Keçidlər