Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 6-da Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

06 mart 2023 | 15:18

   Tədbirdən öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

   Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.

   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.     

   Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.

   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını qeyd edib.

   Məşhur 91-dən biri, professor, AMEA-nın akademiki Südeyf İmamverdiyev ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib. O, YAP-ın yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.

   Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın təsis edildiyi dövrdə xalqımızın fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edib.

   Milli Məclisin üzvü Səbinə Xasayeva YAP-ın yaranmasını xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd edib. O, bu gün YAP-ın sıralarında ölkəmizin qabaqcıl gənclərinin toplandığını və yetkin bir siyasi qüvvə olduğunu bildirib.

   “91-lərin” ən gənc üzvlərindən biri olmuş, yazıçı-publisist Xeyrəddin Qoca 1992-ci ilin ağır günlərində bir qrup ziyalının Naxçıvan şəhərinə getməsindən və orada Heydər Əliyevlə görüşərək partiyanın yaranması ilə bağlı aparılan məsləhətləşmələr barədə tədbir iştirakçılarına məlumat verib.

   Məşhur 91-lərdən, yazıçı Tahir Məmmədov Ulu Öndərlə bağlı kövrək xatirələrini bölüşdü.

   Tədbirdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının əməkdaşı Musa Musayev, xüsusi təyinatlı dəstənin qrup komandiri, kapitan, Vətən müharibəsi şəhidi Turqay Hüseynlinin atası Nizami Göyçəvi  çıxış ediblər.

   Sonra partiyanın yaranması, təşkilatlanması və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər