Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan yeni “Abad məhəllə”nin açılışı olmuşdur

08 noyabr 2022 | 14:18

   Qaradağ rayonu, Lökbatan qəsəbəsində 120 ailənin, 500 nəfər sakinin yaşadığı ümumilikdə 12 bloklu F.Məmmədov 9 və A.Qurbanov 15 ünvanında yeni “Abad məhəllə”nin açılışı olmuşdur. 
  Abad məhəllədə 1200 kv.m hörgü, 1800 kv.m suvaq, 3500 kv.m emulsiya 320 kv.m aqlay işləri görülmüşdür. Burada 8 ədəd oturacaq, 2 ədəd söhbətgah, 1 komplekt uşaqlar üçün sürüşkan və yelləncək, 6 ədəd küçə işığı quraşdırılmışdır. 
   Burada yaşıllaşdırma işləri çərçivəsində 25 ədəd həmişəyaşıl ağac əkilmiş, 100 kv.m qazon salınmışdır. Həmçinin, 3200 kv.m asfaltlanma işləri görülmüş və nişanlanma xətti üçün 600 m boya çəkilmişdir.

Keçidlər