Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində müstəqilliyimizin 107-ci ildönümünə həsr olunmuş tədbir
27 may 2025-ci il tarixində Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində müstəqilliyimizin 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir məktəbin musiqi kollektivlərinin müxtəlif rəngarəng musiqi nömrələrinin təqdimatı ilə başladı.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək bildirmişdir ki, şərqdə ilk demokratik respublika Azərbaycanda yaranmış, 23 ay yaşamağına baxmayaraq o dövrdə Azərbaycanın dövlət əsasları qurulmuş, üç rəngli bayrağımız, gerbimiz və himnimiz təsis olunmuşdur. Ordu quruculuğuna da başlanılmış, parlament və digər dövlət strukturları formalaşmışdır. Həmin vaxt Azərbaycanın görkəmli xadimləri olan Məmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski, Mustafa bəy Topçubaşov, general Mehmandarov və Şıxlınski yüksək fəaliyyət nümayiş etdirmişlər. Təəssüf ki, Cumhuriyyətin ömrü qısa olmuşdur.
1991-ci ildə yaranmış tarixi şərait nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etmiş və özünü Azərbaycan Demokratik Respublikasının varisi elan etmişdir. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, müstəqilliyi əldə etmək çətin olsa da, onu qoruyub saxlamaq ondan da çətindir. Məhz Ulu Öndərin sayəsində Azərbaycanın müstəqilliyi qorundu və əbədi xarakter aldı.
Bu gün, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində müstəqilliyimiz qorunur və inkişaf etdirilir. Onun Ali Baş Komandan kimi ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi bütün Azərbaycan xalqına qürur verir. 28 May - Müstəqillik Günündən müasir Azərbaycana miras qalmış bayrağımız, gerbimiz və himnimiz əbədi olaraq yaşayacaqdır.
Eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Altun Rəcəbli, 9 nömrəli Uşaq Musiqi Məktəbinin Əfrasiyab Dadaşov çıxış edərək 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər, musiqi kollektivlərinə uğurlar arzuladılar. Tədbirdə YAP Qaradağ rayon təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.