Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Zəfər Günü"nün beşinci ildönümünə həsr olunmuş möhtəşəm sərgi keçirildi

08 noyabr 2025 | 15:38

   “Zəfər günü” münasibəti ilə 8 noyabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında "Zəfər Günü"nə həsr olunmuş sərgi keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etdilər.

  Tədbirdə Qaradağ rayonunda fəaliyyət göstərən məktəblər, uşaq bağçaları və incəsənət məktəblərinin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Rayon rəhbərliyi sərgiyə böyük maraq göstərərək, şagirdlərin yaradıcılığına yüksək qiymət verdi. Sərgidə Qaradağ rayonundan olan şəhidlərin həyat yolunu əks etdirən məktəblilərin əl işləri xüsusi olaraq nümayiş etdirildi.

  Təhsil müəssisələrindən gələn məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyərək, rəqs edərək və nəğmələr səsləndirərək tədbirə xüsusi rəng qatdılar. Uşaqların yüksək coşqu ilə çıxış etməsi, onların milli qüruru və vətənpərvərlik hisslərini nümayiş etdirdi.

  Tədbirdə ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edildi.

  Vətənə böyük sevgiləri olan qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.

Keçidlər