Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində şəhidlərin anım mərasimi keçirilib

01 oktyabr 2025 | 11:53

01 oktyabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində Vətən Müharibəsi qəhrəmanları kapitan Məmmədov Pərviz Ələddin oğlu və Məmmədov Ramal Məhəmməd oğlunun şəhidliklərinin beşinci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Qonaqlar ailə üzvlərinə başsağlığı verərək səbir diləyiblər. Çıxışlarda Azərbaycan Ordusunun gücündən, şəhidlərin döyüşlərdə göstərdikləri igidlikdən danışılıb və bu gün üçrəngli bayrağımızın azad olunmuş torpaqlarda dalğalanmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğu vurğulanıb.

Şəhid valideynlərinə bir daha minnətdarlıq ifadə olunub, qəhrəman övladlarımızın xatirəsinin daim uca tutulacağı qeyd edilib.

Şəhidlərin ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər