Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində qanunsuz ət kəsimi və satışının qarşısının alınması məqsədi ilə monitorinqlər keçirildi

12 sentyabr 2023 | 17:53

Qaradağ Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində birgə monitorinqlər keçirmişdir.
Rayonun Lökbatan qəsəbəsində ət kəsimi və satış məntəqələrindəki baytarlıq sanitariya vəziyyəti, sanitar-gigiyena normalarına əməl edilməsi halları yerində araşdırılmışdır.
Əhalinin qida təhlükəsizliyinin təmin olunması üçün monitorinqlər davam edəcək və vəziyyət nəzarətdə saxlanılacaqdır.

Keçidlər