Lökbatan qəsəbəsində növbəti əmək yarmarkası keçirilmişdir
18 aprel 2025 | 12:11
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Lökbatan qəsəbəsində növbəti əmək yarmarkası keçirilmişdir.
Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan müəssisələr iştirak edib və 29 vakansiya təqdim edilib.
Yarmarkalarda işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.