Lökbatan qəsəbəsində növbəti əmək yarmarkası keçirilib.
29 oktyabr 2024 | 15:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Lökbatan qəsəbəsində növbəti əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan müəssisələr iştirak edib və 100-dan çox vakansiya təqdim edilib.
Yarmarkalarda işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.