Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində işaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir

29 iyul 2025 | 16:21

  29 iyul 2025-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və AzəriMed QSC-nin birgə təşkilatçılığı ilə işaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir.
Əmək Yarmarkasında AzəriMed QSC tərəfindən 52 vakansiya təqdim olunmuş, 100-ə yaxın rayon sakini yarmarkada iştirak edərək vakansiyalarla tanış olmuşdur. Yarmarkada təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 450 manat, ən yüksək həddi isə 1300 manat təşkil edib. İşaxtaranların sənədləri vakansiyalara uyğun qəbul olunub.

Keçidlər