Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsi üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində reydlər keçirildi

15 noyabr 2023 | 14:52

Noyabrın 15-də Qaradağ Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində birgə monitorinqlər keçirmişdir. Qaradağ rayonunun Lökbatan qəsəbəsi üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində reydlər zamanı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Keçidlər