Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir

15 noyabr 2022 | 18:06

   Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Qaradağ rayonunda icrası ilə əlaqədar Lökbatan qəsəbəsində yerləşən N.Qurbanov adına 288 nömrəli tam orta məktəbdə müəllim kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.

   Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı işlərin gücləndirilməsi barədə ətraflı danışmış, cəmiyyətdə məlumatlılığın artırılması məqsədi ilə maarifləndirici söhbət aparmışdır.

   Məktəb direktoru Taleh Quliyev öz çıxışında korrupsiya hallarının qarşısının alınması üçün səmərəli işlərin görülməsini qeyd etmiş bütün tədris məsələlərinin qanunların tələblərinə uyğun həll olunmasının gərəkli  olduğunu bildirmişdir. Eyni zamanda valideyn-müəllim münasibətlərinin şəffaf tərzdə qurulmasının vacibliyini vurğulamışdır.

    Tədbir iştirakçıları dövlətin və cənab Prezidentin tələblərinə uyğun öz işlərini quracaqlarını vəd etmişlər. Tədbir diskussiya şəklində yekunlaşmışdır.

Keçidlər