Korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Qaradağ rayonunda icrası ilə əlaqədar rayonda fəaliyyət göstərən bir qrup qeyri-hökümət təşkilatlarının (QHT) iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Maqsud Heydərov, Qarabağ Qaziləri İctimai Birliyinin rayon filialının sədri Əvəz İsmayılov, rayon Veteranlar Şurasının sədr müavini Paşa Məmmədov və təşkilat üzvləri iştirak edirdilər.
Munis Bayramov çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökümət təşkilatları ilə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə ətraflı danışmışdır. Çıxışında qeyd etmişdir ki, rayon icra hakimiyyətində kollegial qərarların qəbulu prosedurlarında ictimai təşkilatların nümayəndələrinin iştirakı üçün şərait yaradılmalıdır. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirici tədbirlər həyata keçirliməlidir. Bununla bağlı qeyri-hökümət təşkilatları ilə rayon icra hakimiyyətinin sıx əməkdaşlığı qurulmalı və birgə fəaliyyət göstərilməlidir.
Tədbirdə çıxış edən təşkilat rəhbərləri qeyd olunan məsələlərin aktuallığını və bu sahədə birgə fəaliyyət göstərmənin daha vacib olduğunu bildirmişlər.
QHT sədrləri dövlətin tələb etdiyi qaydalara uyğun olaraq öz işlərini quracaqlarını və bu sahədə yaxından kömək göstərəcəklərini vəd etmişlər.
Yekunda iştirakçılar arasında mövzu ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.