“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir.
09 dekabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən 139 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə “Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir. .
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, 139 saylı tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Səadət Mirzəyeva, psixoloqlar və müəllimlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev bildirib ki, antikorrupsiya davranış modelinin təhsil müəssisələrində təşviqi yalnız qanunvericiliyin tələblərinə əməl edilməsini təmin etmir, həm də məktəblərdə şəffaf idarəçilik və hesabatlılıq prinsiplərinin tətbiqinə şərait yaradır. O qeyd edib ki, müəllim heyətinin məlumatlılığının artırılması, etik standartlara əməl etməsi və məsuliyyətli davranışı şagirdlər üçün nümunə təşkil edir.
Daha sonra 139 saylı tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Səadət Mirzəyeva çıxış edərək qeyd edib ki, məktəblərdə şəffaf idarəçilik və hesabatlılıq prinsiplərinin təşviqi şagirdlərin, müəllimlərin və valideynlərin etimadını artırır. O vurğulayıb ki, dövlət orqanları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşmasına və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında geniş müzakirələr aparıb, təklif və təşəbbüslər səsləndirilib. Həmçinin gələcəkdə antikorrupsiya davranış modelinin təşviqi və tədris tədbirlərinin davamlı həyata keçirilməsi, məktəb əməkdaşlarının və şagirdlərin məlumatlılığının artırılması barədə fikir mübadiləsi aparılıb. Sonda iştirakçılar tədbirin cəmiyyətdə şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.






