Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında maarifləndirmə tədbiri keçirilmişdir.

10 dekabr 2025 | 18:09

   10 dekabr 2025-ci il tarixində Sahil qəsəbəsində yerləşən 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə “Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Ruslan İsmayılov və tibb müəssisəsinin əməkdaşları iştirak etmişdir.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev çıxışında qeyd edib ki, dövlət və bələdiyyə orqanlarında, həmçinin dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə antikorrupsiya davranış modelinin formalaşdırılması vacibdir. O bildirib ki, bu sahədə aparılan maarifləndirmə və tədris tədbirləri işçilərin məsuliyyətini artırır, şəffaflığı təmin edir və korrupsiya risklərinin qarşısını alır.

   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Ruslan İsmayılov çıxış edərək bildirib ki, tibb müəssisələrində və digər sahələrdə şəffaflıq və antikorrupsiya prinsiplərinin tətbiqi uşaqların hüquqlarının qorunması üçün vacibdir. O qeyd edib ki, düzgün resurs bölgüsü və xidmətlərin açıq şəkildə təşkili uşaqların vaxtında və keyfiyyətli tibbi yardım almasına imkan yaradır.

   Tədbirin sonunda tibb müəssisəsinin əməkdaşları ilə iştirakçılar arasında geniş müzakirələr aparılıb. İştirakçılar xidmət prosesində şəffaflığın təmin olunması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və mümkün çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflərini bölüşüblər. Sonda iştirakçılar bu cür görüşlərin tibb müəssisələrində keyfiyyət, şəffaflıq və məsuliyyətli idarəçilik səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildiriblər.

Keçidlər