Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirildi

23 dekabr 2022 | 18:26

   23 dekabr 2022-ci il tarxində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin kiçik zalında Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı dəyirmi masa - təlim keçirildi. 
   Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qaradağ rayonunda fəaliyyət göstərənn qeyri-hökümət təşkilatlarının rayon şöbələri, rayonun ictimai fəal aktiv üzvləri iştirak edirdi. 
   Tədbirdə Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə hesabatı dinlənildi. Hesbat ətrafında çıxışlar edildi, ümumilikdə Qaradağ Rayon İcra Hakimiyyətinin Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə hesabatı qənaətbəxş hesab edildi. 
  Bundan sonra tədbir iştirakçiları üçün tədbirin ikinci hissəsi təşkil olundu və  Rayon İcra Hakimiyyəti tərəfindən bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökümət təşkilatlarına dəstək verilməsi məqsədi ilə praktik təlim keçirildi. 
   Təlimin sonunda xatirə şəkili çəkildi.

Keçidlər