Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

15 dekabr 2025 | 15:57

    15 dekabr 2025-ci il tarixində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon filialında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrasının təmin olunması məqsədilə “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Ruslan İsmayılov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon fililalının sədri və üzvləri iştirak etmişdir.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev çıxışında vurğuladı ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi korrupsiyaya qarşı aparılan mübarizədə sistemli və davamlı nəticələr əldə etməyin əsas şərtlərindən biridir. Antikorrupsiya sahəsində məlumatlılığın artırılması, açıq idarəçilik prinsiplərinin tətbiqi və ictimai iştirakçılığın genişləndirilməsi bu istiqamətdə atılan mühüm addımlar sırasındadır.

   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Ruslan İsmayılov qeyd edib ki, əməkdaşlıq əsasında birgə təşəbbüslərin və maarifləndirici layihələrin icrası ictimai şüurun formalaşdırılmasında mühüm rol oynayır. Birgə fəaliyyət korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və ictimai etimadın artırılmasına şərait yaradır.

   Əlavə olaraq “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon fililalının sədri də çıxış edərək bildirib ki, bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır. İctimai birliyimiz bu cür birgə təşəbbüslərin maarifləndirmənin genişlənməsinə və ictimai fəallığın artmasına töhfə verdiyinə inanır.

   Tədbirin sonunda ictimai birliyin üzvləri ilə iştirakçılar arasında geniş müzakirələr aparılıb. İştirakçılar xidmət prosesində şəffaflığın təmin olunması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və mümkün çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflərini bölüşüblər. Sonda ictimai birliyin üzvləri ictimai münasibətlərdə yarana biləcək aktual problemlərlə bağlı suallar səsləndirmiş, həmin suallar isə tədbir iştirakçı tərəfindən ətraflı və əsaslandırılmış şəkildə cavablandırılmışdır.

Keçidlər