“Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərə aparan yol - Milli və dini həmrəylik mövzusunda tədbir keçirildi
16 aprel 2025-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərə aparan yol - Milli və dini həmrəylik mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun din xadimi, müəllimlər iştirak edirdi.
Çıxışlar zamanı Azərbaycan ordusunun Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, əsgərləırimizin milli mənəvi dəyərlərə göstərdikləri hörmət və ehtiramdan geniş bəhs olundu. Azad olunmuş torpaqlarda bərpa quruculuq işləri aparılarkən məscidlərin, dini və tarixi abidələrin bərpasına dövlət rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bu məsələlərin əsas qayəsini təşkil etdiyi qeyd olundu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olundu.
Tədbir iştirakçıları milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı bildirdilər ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır.
Diskussiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.