“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlamlığımızın qorunmasına Dövlətim təminat verir” adlı maarifləndirici tədbir keçirildi
16 iyul 2025-ci il tarixində 11 saylı Uşaq Gənclər İdman Məktəbində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Sağlamlığımızın qorunmasına Dövlətim təminat verir” mövzusunda tədbir keçirildi. Tədbirdə Qaradağ RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Nailə Səlimova, tibb işçiləri, müəllimlər və gənclər iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı.
Ölkədə Konstitusiya qəbulunun və onda edilən dəyişikliklər haqqında qısa məlumat verildi və Dövlət Başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və istiqamətdə həyata keçirilən tədbirlər iştirakçıların diqqətinə çatdırıldı.
Mövzu üzrə edilən çıxışlarda Konstitusiyayanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ olduğu vurğulandı. Qeyd olundu ki, Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Söylənildi ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Tədbirin sonunda sağlamlığın qurunması ilə bağlı iştirakçıları maraqlandıran suallara mütəxəssislər tərəfindən açıqlamalar verildi və vətəndaşların hüquq və azadlıqları və eyni zamanda vəzifələri haqqında tədbirlərin qəsəbələr üzrə davam etdirilməsi təklif olundu.






