Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Qaradağ rayonunun 288 nömrəli tam orta məktəbində “Milli dəyərlərin qorunmasında gəncliyin rolu” mövzusunda tədbir

28 aprel 2025 | 14:55

28 aprel 2025-ci il tarixində “Konstitusiya və suverenlik ili” çərçivəsində Qaradağ rayonunun 288 nömrəli tam orta məktəbində “Milli dəyərlərin qorunmasında gəncliyin rolu” mövzusunda tədbir keçirilmişdir.  

Sosial-pedaqoq Zəminə Mustafayevanın təşəbbüsü ilə təşkil olunan tədbirdə millət vəkili Ceyhun Məmmədov, Qaradağ RİH-in şöbə müdiri, məşhur 91-lərdən olan, Turan Elmlər Akademiyasının akademiki Munis Bayramov, psixoloq Rəvan Sultan iştirak edirdilər.Tədbirdə “Milli dəyərlərin qorunmasında gəncliyin rolu” mövzusunda maarifləndirici söhbət aparıldı.

Mövzu ətrafında çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, vətənpərvərlik təkcə Vətəni sevmək demək deyil, həm də Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Bunun üçün də gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizə söykənmək vacibdir. Dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir.

 

 

Keçidlər