Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mən hüquqlarımı və vəzifələrimi öyrənirəm” adlı tədbir keçirildi

04 iyun 2025 | 16:05

  04 iyun 2025-ci il tarixində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Mən hüquqlarımı və vəzifələrimi öyrənirəm” adlı toplantı keçirildi. Tədbirdə Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Səmayə Şıxəliyeva, məktəbin direktoru Atakişi Cəfərov, müəllim və şagird heyəti iştirak etdi.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı və şəhidlərin ruhu sükutla yad edildi.

  Tədbirdə 180 nömrəli tam orta məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ rayon Gənclər və İdman sektorunun müdiri Elçin Abbasov və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva Azərbaycanın konstitusiyası haqqında geniş çıxış etdilər. Çıxışlarda qeyd olundu ki,  2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci təqvim ili “Konstitusiya və Suverenlik ili” kimi qəbul edilmişdir. Diqqətə çatdırıldı ki, Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur. Bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir.

  Tədbirdə mövzu üzrə çıxış edən məktəbin tarix müəllimi Sədiyar Məmmədov məruzə ilə çıxış etdi.

  Daha sonra tarix fənni üzrə Respublika olimpiadasının mükafatçısı məktəbin şagirdi Azad Süleymanov Konstitusiyada təsbit olunmuş hüquq və vəzifələrdən danışdı.

  Tədbir sual-cavab mərhələsi ilə başa çatdı.

Keçidlər