Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş “Heç kim, heç nə unudulmur” adlı dəyirmi masa keçirildi

18 sentyabr 2025 | 15:58

   18 sentyabr 2025-ci ildə Qaradağ Rayon Heydər Əliyev Mərkəzində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Heç kim, heç nə unudulmur” adlı tədbir keçirildi.

   Qaradağ RİH-nin və Qaradağ rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Elm, Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov, “N” saylı hərbi hissənin zabitləri, Vətən müharibəsi iştirakçıları və rayon gəncləri iştirak etdi.

   Görüş Azərbaycanın Dövlət Himni ilə başladı, şəhidlərin xatirəsi anıldı. Çıxışlarda 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması və 10 noyabr 2020-ci il bəyanatına baxmayaraq erməni separatçılarının ərazilərimizdə təxribatlar törətməyə davam etmələri  qeyd olundu.

   Qaradağ RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva öz çıxışında qeyd etdi ki, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edildiyi gün tariximizdə mühüm bir mərhələ hesab edilir. Dövlət Suverenliyinin bərpası şərəfinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edildiyini və bu günün şərəf və qürur hissi ilə qeyd edəcəyimiz unudulmaz bir tarix olduğunu iştirakçıların diqqətinə çatdırdı.

   Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır;Ali Baş Komandanımız cənab İlham Əliyev

   2023-cü il 19 sentyabrda Qarabağda antiterror əməliyyatı keçirildiyi, 23 saat davam edən əməliyyatla ölkə suverenliyinin tam bərpa edildiyi bildirildi.

   Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər