“Konstitusiya v ə Suverenlik ili” çərçivəsində 12 Noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30-cu və Zəfər Bayramının 5-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.
14 noyabr 2025-ci il tarixində Bakı şəhəri Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşəbbüsü, 2Ç sinif şagirdləri tərəfindən məktəbin akt zalında, “Konstitusiya v ə Suverenlik ili” çərçivəsində 12 Noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30-cu və Zəfər Bayramının 5-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin şəhid məzunlarının analarının - Musaoğlu Ataməlinin anası Musayeva Leyla, Əhmədxanov Ceyhunun anası Seyidova Rəqibə, Məmmədov Pərvizin anası Məmmədova Güllər, İsmayılzadə Səməndərin anası - İsmayılova Fəridə, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov, məktəb kollektivi iştirak etmişdir.
Çıxış edənlər Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığının təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar.
Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu ili , Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.
Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycanın rəşadətli ordusu 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı düşmən tapdağından 44 gün ərzində azad etdi. Məhz bu il Zəfər Gününün 5-ci ildönümüdür. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda döyüşlərdə milli ruh və milli birlik nümayiş olunmuşdur.
Daha sonra 2 Ç sinif şagirdlərinin ifasında milli rəqslər, vətənpərvər ruhda şeir və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş olunmuşdur.






