Şriftin ölçüsü :

Saytın rəngi :

“Kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssi" qrupunun tələbələri Salyan şəhərində təcrübədə oldular.

07 iyun 2023 | 17:43

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.40-cı bəndinin icrası ilə bağlı tədbirlərin görülməsi Qaradağ rayonunda davam etməkdədir
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.40-cı bəndinə əsasən Aqrar sahədə kadr hazırlığı aparan ali, orta ixtisas təhsili və peşə təhsili müəssisələrinin təlim-təcrübə işlərinin təşkili ilə bağlı tədbirlərin görülməsi ilə əlaqədar 07 iyun 2023-cü il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 14 nömrəli Bakı Peşə Məktəbinin “Kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssi" qrupunun tələbələri Salyan şəhərində yerləşən soyuducu anbar kompleksində təcrübədə oldular.
   Tələbələr burada yaradılan şəraitlə, anbar maşın və avadanlıqları ilə tanış oldular. Eyni zamanda, anbar avadanlıqları,  məhsulların  saxlanmasını, anbar binala­rın­dan faydalı istifadə olunmasını, anbar işçilərinin əmək məhsuldarlığının yüksəldilməsini, habelə anbarda yerinə yetirilən logistik əməliyyatların aparılma qaydasını praktik olaraq öyrənmiş oldular. Qeyd edək ki, təcrübə proqramı tədris ili boyu davam edir

Keçidlər