Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssi" qrupunda açıq dərs keçirilmişdir.

28 sentyabr 2023 | 17:47

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.40-cı bəndinə əsasən Aqrar sahədə kadr hazırlığı aparan ali, orta ixtisas təhsili və peşə təhsili müəssisələrinin təlim-təcrübə işlərinin təşkili ilə bağlı tədbirlərin görülməsi Qaradağ rayonunda davam etməkdədir.

    Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Eyni zamanda, tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi kənd təsərrüfatının inkişafı və onun logistikası üçün geniş imkanlar yaradır.

  Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 14 nömrəli Bakı Peşə Məktəbinin “Kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssi" qrupunun tələbələri ölkəmizin potensialını anlayaraq öz ixtisaslarına yeni ədəbiyyatlarla yiyələnirlər.

Keçidlər