İslam aləminin mənəvi birlik, mərhəmət, paylaşmaq və xeyirxahlıq kimi ali dəyərlərini özündə birləşdirən Müqəddəs Qurban Bayramı Qaradağ rayonunda yüksək əhval-ruhiyyə ilə qeyd olunmuşdur.
27 may 2026-cı il tarixində İslam aləminin mənəvi birlik, mərhəmət, paylaşmaq və xeyirxahlıq kimi ali dəyərlərini özündə birləşdirən Müqəddəs Qurban Bayramı Qaradağ rayonunda yüksək əhval-ruhiyyə ilə qeyd olunmuşdur.
Azərbaycan Respublikasında elan edilmiş “Memarlıq və Şəhərsalma İli” çərçivəsində həyata keçirilən tədbirlər fonunda Qaradağ rayonunda milli-mənəvi dəyərlərin qorunması, humanizm və sosial həmrəylik prinsiplərinin təşviqi istiqamətində də bir sıra xeyriyyə aksiyaları təşkil olunmuşdur.
Müqəddəs bayram münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif ərazilərində geniş sosial aksiyalar həyata keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələrini, müharibə iştirakçılarını, qaziləri, tənha yaşayan ahılları və sosial qayğıya ehtiyacı olan ailələri ziyarət edərək onlara Qurban Bayramının sevincini çatdırmış, səmimi bayram təbriklərini və bayram sovqatlarını təqdim etmişlər. Görüşlər zamanı vətəndaşlarla aparılan söhbətlərdə milli-mənəvi dəyərlərimizin qorunmasının, insanlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Bayram günlərində rayon ərazisində yerləşən hərbi hissələr də diqqətdən kənarda qalmamış, xidmət aparan əsgərlər üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qurbanlıqlar göndərilmiş, bayram süfrələri təşkil edilmişdir. Əsgərlərlə keçirilən görüşlərdə onların Vətən qarşısında şərəfli xidmətinin yüksək qiymətləndirildiyi qeyd olunmuşdur.
Qurban Bayramı münasibətilə keçirilən tədbirlər bir daha göstərmişdir ki, xalqımızın əsrlər boyu yaşatdığı humanizm, mərhəmət və paylaşmaq ənənələri bu gün də böyük hörmətlə davam etdirilir.






