Şriftin ölçüsü :

Saytın rəngi :

İşaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir.

11 iyul 2025 | 17:30

    11 iyul 2025-ci il tarixində Qaradağ rayonu, Sanqaçal qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Ağdağ MMC-nin birgə təşkilatçılığı ilə işaxtaran və işsiz şəxslər üçün növbəti Əmək Yarmarkası keçirilmişdir.
     Əmək Yarmarkasında Ağdağ MMC tərəfindən 34 vakansiya təqdim olunmuş, 100-ə yaxın rayon sakini yarmarkada iştirak edərək vakansiyalarla tanış olmuşdur. Yarmarkada təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 500 manat, ən yüksək həddi isə 1800 manat təşkil edib. İşaxtaranların sənədləri vakansiyalara uyğun qəbul olunub.

Keçidlər