Şriftin ölçüsü :

Saytın rəngi :

İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması

12 aprel 2023 | 12:58

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 22.07.2022-ci il tarixli, 3378 nömrəli sərəncamının 1.1.6.2-ci bəndinin “İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması” ilə bağlı Qaradağ Gənclər evində tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, KOB və SİF-dən əməkdaşlar, həmçinin sahibkarlar və investorlar iştirak edirdilər.
Tədbirin əsas mövzusu rayon ərazisinə investorların cəlb olunması ilə bağlı, investorlarla və sahibkarlarla görüşlər keçirmək, onların problem və çətinliklərini oyrənmək, investisiya qoyulması vacib və prioritet olan sahələr barədə dialoq keçirmək idi.
Qeyd olundu ki, Qaradağ rayonu investisiya qoyuluşu üçün çox səmərəli ərazidə yerləşir, rayon ərazisində yerli və xarici şirkətlərə məxsus müxtəlif fəaliyyətm növü ilə məşğul olan müəssisələr yerləşir.

Keçidlər