İNSTİTUTUN TƏLİMÇİ-EKSPERTLƏRİ QARADAĞ RAYON İCRA HAKİMİYYƏTİNDƏ TƏLİM KEÇİRİBLƏR
Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən mayın 7-də Qaradağ Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov icra hakimiyyəti orqanlarında çalışan əməkdaşların peşə savadlılığının və iş prosesində interaktivliyinin artırılması məqsədilə İnstitut tərəfindən təşkil olunan təlimin əhəmiyyətindən bəhs edib.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib və gələcək planlardan söz açıb.
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, təlimçi Vüsalə Muradxanlı, həmçinin şöbənin əməkdaşlarından təlimçi-ekspertlər Heydər Həsən oğlu Əliyev və Ülvi Abbasov təqdimatla çıxış ediblər.
Təlimdə vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya mövzuları, habelə 2022-2023-cü illərdə cinayət işi və korrupsiyaya dair əldə edilən statistik məlumatlar müqayisəli təhlil edilib.
Sonda təqdim edilən mövzular ətrafında müzakirələr aparılıb və təlimin yekun qiymətləndirilməsi keçirilib. 24 nəfər təlim iştirakçısına sertifikatlar təqdim olunub.