Şriftin ölçüsü :

Saytın rəngi :

ikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Məzun Günü” tədbiri keçirilib.

30 iyun 2026 | 14:41

   30 iyun 2026-cı il tarixində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Məzun Günü” tədbiri keçirilib.
   Tədbirdə rəsmi qonaqlar, pedaqoji heyət, valideynlər və məzunlar iştirak ediblər. Çıxışlarda ölkəmizdə peşə təhsilinin inkişafı, dövlət tərəfindən bu sahəyə göstərilən dəstək, təhsil-sənaye əməkdaşlığının əhəmiyyəti və gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
   2025–2026-cı tədris ilində Mərkəz üzrə 13 ixtisas üzrə ümumilikdə 254 tələbə məzun adını qazanıb.
   Tədbir tələbələrin təqdimatında rəngarəng bədii proqramla davam edib. Mahnılar, saz ifası, rəqs və digər bədii nömrələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   Sonda təhsil, ictimai fəaliyyət və peşə hazırlığında fərqlənən məzunlar fəxri fərmanlarla təltif olunub.
   Məzunlarımıza gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayır, onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına töhfə verəcəklərinə inanırıq.

Keçidlər