Şriftin ölçüsü :

Saytın rəngi :

II Fəxri xiyabanda Vətən Müharibəsinin qəhrəman şəhidi kapitan Hüseynli Türkay Nizami oğlunun beşinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

03 oktyabr 2025 | 10:57

03 oktyabr 2025-ci il tarixdə II Fəxri xiyabanda Vətən Müharibəsinin qəhrəman şəhidi kapitan Hüseynli Türkay Nizami oğlunun beşinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Qaradağ Rayon Polis İdarəsinin rəisi, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 Qonaqlar şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxumuş, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbr arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Keçidlər