İbadov Rafiq Baloğlan oğlunun anım mərasimi keçirilib
Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə çələng və gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmişlər.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.