Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü

28 aprel 2023 | 14:47

Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2022-ci il tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 3-cü bəndinə əsasən 28.04.2023-cü il tarixində Qaradağ rayon Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirildi.

Tədbirdə Qaradağ RİH başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları professor Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları Ulu Öndərin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçünsə müstəqillik, əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyərinin ölçüyəgəlməz olduğunu bildirdi. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün ola bilən hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, milli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır. Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsində şanlı qələbəyə nail olmuşdur.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir.

Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəldiyini, ömür yolunun isə Vətənə xidmətin parlaq nümunəsinə çevrildiyini bildirdi. Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, yüksək biliyə, tükənməz səbrə və mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən  artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu Öndərin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan tarixinin Heydər Əliyev dövrünü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəldiyini vurğuladı. Dahi siyasətçinin iqtisadiyya sahəsində əldə etdiyi nəaliyyətlərdən bəhs etdi. Sonda “Heydər Əliyev Azərbaycanın yeni tarixini yaratmışdır” sözləri ilə nitqini tamamladı.

Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Natiq çıxışında Ulu Öndərin gənclər siyasətindən və gənclərə göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı yekunlaşdıraraq qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Keçidlər