“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsinin rayon mərhələsinin qalibləri ilə görüş təşkil olunmuşdur.
1 may 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində 13 aprel 2026-cı il tarixində keçirilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsinin rayon mərhələsinin qalibləri ilə görüş təşkil olunmuşdur.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, müəllimlər, şagirdlər və rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak edirdilər.
Görüş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və milli tariximizdəki əvəzsiz rolunun gənc nəslə daha dərindən aşılanması məqsədini daşıyırdı. Bildirildi ki, belə müsabiqələr məktəblilərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyəsində və tarixi biliklərinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək bildirdi ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən bu müsabiqə bir daha göstərdi ki, gənc nəslimiz öz tarixini dərindən öyrənməyə, milli kimliyini qoruyub inkişaf etdirməyə böyük maraq göstərir.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir. Onun dövlətçilik ideyaları, xalqına bağlılığı və uzaqgörən siyasəti bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.
Şagirdlər bu müsabiqədə iştirak etməklə yalnız biliklərini nümayiş etdirmədi, həm də gələcəyin savadlı, düşünən və məsuliyyətli vətəndaşları olduğunu sübut etdilər. Onların əldə etdiyi uğurlar həm müəllimlərin zəhmətinin, həm də öz əzmkarlıqlarının nəticəsidir.
Tədbirin sonunda müsabiqənin qalibləri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular. Qaliblərə gələcək təhsillərində uğurlar arzulandı və onların daha böyük nailiyyətlərə imza atacaqlarına inam ifadə olundu.






