“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsinin rayon mərhələsinin finalı keçirildi
13 aprel 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsinin rayon mərhələsinin finalı keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, millət vəkili Səbinə Xasayeva, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siaysi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siaysi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi Mirtural Mirsultanov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, inşa yazı müsabiqəsində iştirak edən şagirdlər iştirak edirdilər.
Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuş, onun zəngin irsini əks etdirən eksponatlara baxış keçirmişlər. Daha sonra tədbir çərçivəsində Ulu Öndərin sevdiyi mahnılardan biri – “Alagöz” mahnısı səsləndirilmişdir. Bu da böyük maraq və alqışla qarşılanmışdır.
Proqramın davamında iştirakçılar Heydər Əliyev Mərkəzinin muzeyi ilə yaxından tanış olmuş, burada nümayiş etdirilən materiallar vasitəsilə Ulu Öndərin dövlətçilik fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmişlər. Ardınca məktəblilərin ifasında rəngarəng rəqs nömrələri, Heydər Əliyevə həsr olunmuş şeirlər təqdim olunmuş, bu çıxışlar tədbirə xüsusi ruh və emosional çalar qatmışdır.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin, onun Azərbaycan tarixində oynadığı əvəzsiz rolun gənc nəsil arasında daha dərindən öyrənilməsi və təbliği məqsədi daşıyırdı.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov açaraq, Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolu və xidmətləri olduğunu, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan xalqının ən böyük mənəvi sərvətlərindən biri olduğunu qeyd etmişdir. Daha sonra çıxışında bildirmişdir ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat-yazı müsabiqəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu irsin gənc nəsil tərəfindən dərindən öyrənilməsi onların dövlətə bağlı, milli dəyərlərə sadiq vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Bu cür müsabiqələr gənclərin tariximizə marağını artırmaqla yanaşı, onların tədqiqatçılıq və analitik düşüncə qabiliyyətlərinin inkişafına da xidmət edir.
İştirakçılara uğurlar arzulayan Emil Abbasov belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında bildirib ki, Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində həlledici rol oynayıb.
O qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti dayanır. Elmin İmanov vurğulayıb ki, belə müsabiqələr gənclərin bu zəngin irsi daha dərindən öyrənməsinə imkan yaradır, onların dünyagörüşünü genişləndirir və ictimai fəallığını artırır. O həmçinin bildirib ki, iştirakçıların çıxışlarında nümayiş etdirdikləri bilik və yanaşma yüksək qiymətləndirilməlidir və bu, gələcək üçün ümidverici göstəricidir.
Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov çıxış edərək bildirmişlər ki, Heydər Əliyevin Azərbaycan tarixində rolu müstəsnadır və onun müəyyən etdiyi dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərin bu irsi dərindən öyrənməsi onların vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Belə müsabiqələr şagirdlərin həm bilik səviyyəsinin yüksəldilməsinə, həm də onların milli kimlik şüurunun möhkəmlənməsinə xidmət edir. Gənclərin tariximizə və milli dəyərlərimizə bağlı ruhda yetişməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Müsabiqənin final mərhələsində rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən şagirdlər iştirak etmiş, əvvəlki mərhələlərdə seçilərək yüksək nəticə göstərmiş iştirakçılar öz referatlarını münsiflər heyəti qarşısında təqdim etmişlər. İştirakçılar çıxışlarında Heydər Əliyevin Azərbaycanda siyasi sabitliyin təmin olunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işləri geniş şəkildə işıqlandırmışlar.
Tədbir bədii hissə ilə davam edərək, məktəblilərin şeirlər söyləməsi, mahnı oxumaları və rəqs nümayiş etdirmələri ilə iştirakçılara xoş aura bəxş etdi.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu cür müsabiqələr gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların tariximizə marağının artırılmasına və tədqiqatçılıq bacarıqlarının inkişafına mühüm töhfə verir. Bildirilmişdir ki, Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi hər bir gəncin vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları məzmunun dolğunluğu, təqdimat bacarığı, mövzuya yanaşma tərzi və analitik təhlil səviyyəsi üzrə qiymətləndirilmişdir. Keçirilmiş tədbirdə 250-ə yaxın məktəbli iştirak etmiş, 62 nəfər referat-yazı müsabiqəsində 80-dən yuxarı bal toplamışlar. 10 nəfər şagird ən yüksək bal toplayanlar öz yazı işlərini münsiflər heyyətinə ikinci paneldə təqdim etdilər. Referat-yazı müsabiqəsinin qalibləri isə yaxın günlərdə bildiriləcəkdir.
Tədbir iştirakçıları belə müsabiqələrin davamlı keçirilməsinin vacibliyini vurğulamış, bu təşəbbüsün gənclərin intellektual inkişafına və milli kimlik şüurunun möhkəmlənməsinə xidmət etdiyini bildirmişlər.
Sonda keçirilən referat-yazı müsabiqəsinin rayon mərhələsi üzrə elmi-praktiki konfransda fəal iştirak edən şəxslər və referat-yazı müsabiqəsində iştirak edən şagird və müəllimlər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov tərəfindən fəxri fərman və sertifikatlarla təltif olundular.






