Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində "31 Mart -Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar anım mərasimi keçirildi

30 mart 2023 | 12:07

   30 mart 2023-cü il tarixində Qaradağ rayon  Heydər Əliyev Mərkəzində  "31 Mart -Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov,YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin zabitləri, fəal gənclər iştirak edirdi.

   Tədbir gənclər tərəfindən beynəlxalq təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə soyqırım haqqında məlumatların müxtəlif dillərdə göndərilməsi ilə başladı. Daha sonra iştirakçılar üçün Mart soyqırımı ilə bağlı "Sündü" qısametrajlı bədii  filmi nümayiş etdirildi. Filmə baxışdan sonra tədbir öz işini dəyirmi masada davam etdirdi.

   Çıxış edən natiqlər millət vəkili Səbinə Xasayeva, YAP RT-nın sədri Qafar Əliyev, hərbi hissənin zabiti M.Cəfərov ermənilər tərəfindən təkcə Azərbaycanlılara qarşı deyil, ümumilikdə bütün türksoylu xalqlara qarşı yürüdülən soyqırım siyasətinin mahiyyətini diqqətə çatdırdılar. Qeyd olundu ki, qarşımızda duran ən vacib məsələlərdən biri bu qətliamı dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və ermənilərin törətdikləri vəhşilikləri gələcək nəsillərə ötürməkdir.

   106 saylı məktəbin tarix müəllimi Mehman Əhmədov soyqırımla bağlı məruzə etdi.

Keçidlər