Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” ilə bağlı rayon məktəbliləri arasında “ Ulu Öndərin izləri ilə” adlı inşa yazı müsabiqəsi keçirildi.

01 fevral 2023 | 10:50

   Qaradağ rayon Heydər Əliyev Mərkəzində 01.02.2023- cü il tarixində “Heydər Əliyev ili” ilə bağlı rayon məktəbliləri arasında “ Ulu Öndərin izləri ilə” adlı inşa yazı müsabiqəsi keçirildi.
   Müsabiqədə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İlqar Qasımov və rayon məktəblərinin dil- ədəbiyyat müəllimləri iştirak edirdi.
   İlk öncə müsabiqə iştirakçıları vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Müsabiqə öncəsi məktəblilərə müasir müstəqil Azərbaycanın banisi olan ümummilli lider, dahi şəxsiyyətin həyatı və zəngin irsi haqqında geniş məlumat verildi.
   Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan vərəqlərdə bir saat ərzində yazdılar.Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları nəzərə alaraq qiymətləndirmə apardı.
   Müsabiqənin yekun nəticələrinə əsasən sonda iştirakçılara diplom və hədiyyə təqdim olundu.

Keçidlər