Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində "Milli Qurtuluş Günü" münasibətilə sərbəst güləş üzrə turnir keçirildi

17 iyun 2023 | 11:42

15 iyun 2023-cü il tarixində Sahil qəsəbəsində yerləşən 16N-li Bakı Peşə Liseyinin idman zalında “Heydər Əliyev ili” çərçivəsində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə sərbəst güləş üzrə turnir keçirildi.

Yarışın təntənəli açılışında dövlət himni səsləndi, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Turnirdə 72 nəfər idmançı iştirak etdi.

Qaradağ Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək, 15 iyun – Milli Qurtuluş günü münasibətilə iştirakçıları təbrik etdi, həmin günün mahiyyəti barədə ətraflı danışdı və idmançılara yarışlarda uğurlar arzuladı.

AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, liseyin direktoru Şakir Hüseynov yarışa qatılanları salamlayaraq onlara qələbə sevinci arzuladılar.

Gün ərzində gərgin mübarizə şəraitində keçən yarışda qaliblər diplom və medallarla mükafatlandırıldılar.

Keçidlər