Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlər davam etməkdədir

30 yanvar 2023 | 11:34

   26 yanvar 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş rayonun məktəb komandaları arasında “Breyn-rinq” intellektual oyunu keçirildi.
   Tədbirdə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov  iştirakçıları Gənclər günü münsibətilə təbrik edərək onlara təhsildə və şəxsi həyatda uğurlar arzuladı. Qeyd olundu ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbirlər “Gənclik həftəsi” adı altında keçirilir və tədbirlər silsilə xarakteri daşıyır. Çıxışında keçiriləcək tədbirlərin tarixi və yeri, mövzusu haqqında geniş məlumat verən E.Abbasov gəncləri bu tədbirlərdə yaxından iştirak etməyə dəvət etdi.
   Münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olunduqdan sonra intellektual oyuna start verildi. Böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən 166 № li məktəb I yerə, 288 № li məktəb II yerə, 184 № li məktəb III yerə layiq görüldü.  Qaliblər müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.

 

Keçidlər